"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın yeni mövsümünün ilk turunda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

"Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu. Tavareslə Balaunun debütünə gəlincə, hər ikisi komandaya yaxşı adaptasiya olublar. Balaunu transfer etdiyimizə görə şadıq. Tavareş də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir. İki futbolçumuzun zədələnməsinə gəlincə, bunların hər ikisi fiziki təmasla bağlı oldu. Bu, təlim-məşq toplanışı ilə bağlı ola bilməz”.