"Napoli" "Çelsi"nin müdafiəçisi Benua Badyaşili heyətinə cəlb edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. İtaliya klubu mövsümün sonunda Badyaşilin transfer hüquqlarını da ala bilər.

Badyaşil 2023-cü ildən "Çelsi"də çıxış edir. Fransa millisində də çıxış etmiş 25 yaşlı futbolçu London təmsilçisinin heyətində bütün turnirlərdə 16 matçda iştirak edib.