Uzun fasilədən sonra fəaliyyətini bərpa edən və yeni mövsüm "Region Liqası"ndsa mübarizə aparmaq istəyən "Xəzri" ev oyunlarını Buzovnada keçirmək istəyir.

Lakin Rekord.az xəbər verir ki, bu, bir qədər çətin görünür.

Çünki hazırda Buzovna stadionu "Baku Sportinq"in sərəncamındadır və onlar da bu stadiona ikinci bir komandanı buraxmaq istəmir. Buna görə "Xəzri" böyük ehtimalla başqa stadion axtarmalı olacaq.