Buskets yenidən “Barselona”da
- 18:40
- 39
“Barselona”nın sabiq yarımmüdafiəçisi Serxio Buskets məşqçilik fəaliyyətinə başlayıb.
Rekord.az xəbər verir ki, 38 yaşlı ispaniyalı Kataloniya klubunun ikinci komandasının məşqçilər heyətinə qoşulub. Buskets burada Juliano Bellettinin rəhbərlik etdiyi komandada texniki köməkçi vəzifəsini yerinə yetirəcək.
Buskets 15 mövsüm “Barselona”nın formasını geyinib. Daha sonra “İnter Mayami”yə keçən sabiq yarımmüdafiəçi, karyerasını məhz ABŞ klubunda başa vurub.
O, klub səviyyəsində ümumilikdə 840 oyuna çıxıb, 19 qol vurub və 62 məhsuldar ötürmə verib. Buskets karyerası ərzində 35 titul qazanıb. Onun kolleksiyasında 9 La Liqa, 7 İspaniya kuboku, 7 İspaniya superkuboku, 3 UEFA Çempionlar Liqası, 3 UEFA superkuboku və 3 Klublararası dünya kuboku var. Bundan başqa, Buskets “İnter Mayami” ilə MLS-in müntəzəm çempionatında, Şimali Amerika Liqası kubokunda və MLS kubokunda da qalib olub.
İspaniya millisində 143 oyun keçirən sabiq yarımmüdafiəçi, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, milli komandanın heyətində 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub.