Norveç millisinin əsas qapıçısı Eryan Nyulann Almaniyanın "Leypsiq" klubuna transfer olunub.


Rekord.az Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper komandaya azad agent statusunda qoşulub.


Tərəflər arasında bağlanan müqavilənin müddəti 2028-ci ilə kimidir. Təcrübəli futbolçu 2022/2023 mövsümündə də "Leypsiq"də çıxış etdikdən sonra İspaniyanın "Sevilya" komandasına keçmişdi.


O, DÇ-2026-da Norveç yığmasının heyətində yalnız Fransa ilə qrup mərhələsinin görüşünü buraxaraq 5 matçda meydanda olub.