Bu qədim kəndin komandası fəaliyyətini dayandırdı: səbəb pulsuzluq
- 11:00
- 40
Azərbaycanda daha bir komanda fəaliyyətini dayandırıb.
Rekord.az xəbər verir ki, söhbət "Cürət"dən gedir.
Qədim Corat kəndini təmsil edən bu komandanın fəaliyyətini dayandırmasının səbəbi maliyyə çətinliyidir. Komandaya heç kim kömək etmir, imkanlı coratlılardan da səs-soraq yoxdur. Komandanın təsisçisi Məmmədəli Qəniyev bu cür davam etməyin mümkün olmadığını bildirib: "Yaxşı komandamız var idi, hamısı da cavan uşaqlar. Adi stadion tapa bilmirik. Əlavə xərcləri demirəm. Əslində elə də böyük pul tələb olunmur. Cüzi dəstək olsa, "Region Liqası"nda çıxış edərik. Təəssüf ki, həmin dəstək yoxdur".