"Sumqayıt"ın baş məşqçisi Saşa İliç "Osiyek"ə uduzduqları (0:2) son yoxlama oyunu və təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, mütəxəssis deyib:


“Məğlub olmağımıza baxmayaraq, düşünürəm ki bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik. Bir xeyli şanslarımız da oldu, lakin onlardan yararlana bilmədik. Bəzi mikro zədəsi olan futbolçularımız da var idi, qarşıdakı çempionat oyununu düşünüb onlara istirahət verdik. Yenə də bildirirəm ki mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır.


Bu gün təlim-məşq toplanışımızı başa vurduq. Düşünürəm ki bu toplanışdan daha çox gənc oyunçularımız təcrübə qazandı. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdilər. Bu fürsətin onlara gələcək karyeralarında kömək olacağına ümid edirəm”.