Bizon Azərbaycan Kubokunda 1/2 final mərhələsi start götürəcək. İlk oyunlar eyni gündə baş tutacaq.

Rekord.az xəbər verir ki, Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.


Bizon Azərbaycan Kuboku


1/2 final


3 aprel (cümə)


“Turan Tovuz” – “Zirə”  – 2 oyun, +0=0-2, top fərqi 1-3

 Komandaların əvvəlki duelləri 1/8 finalda bir oyundan ibarət olub. Hər iki matçda “Zirə” minimal fərqlə qalib gəlib.


2016/17 1/8 final Turan Tovuz - Zirə (Bakı) 0:1

2023/24 1/8 final Zirə (Bakı) - Turan Tovuz 2:1

“Qarabağ” – “Sabah”  – 3 oyun, +1=0-2, top fərqi 12-8

Ardıcıl üçüncü mövsümdə görüşəcək rəqiblər bu dəfə yarımfinalda üz-üzə gələcək. Əvvəlki üç matçda hər iki komanda qol vurub.


2023/24 1/4 final Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:7, 4:3

2024/25 final Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:3, ə.v.