“Birinci hissə ilə ikinci arasında böyük fərq gördük”
- 22:26
- 14
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Hazırda yeni mövsümə heç 70 faiz də hazır ola bilmərik. Çünki bir çox futbolçular komandaya gec qoşuldular. Bir qədər vaxt lazımdır ki, funksional hazırlıqları yüksəlsin və komanda oyunu oturuşsun. Təəssüf ki, vaxtımız az qalıb, çempionat başlayır. Düşünürəm ki, formaya düşəcəyik. Bu gün də birinci hissə ilə ikinci arasında böyük fərq gördük. Hələ ki, transfer işlərini başa vurmamışıq. Bir çox komandalarda da vəziyyət eynidir.
Bizdə yeni transferlərdən yalnız Mabea və Monzanqo hazırlığa başlayanda gəldi. Digər yeni futbolçularımız bizə gec qoşuldular. Ən vacibi heyəti tam komplektləşdirməliyik.
Komanda üç günlük istirahətə buraxılacaq, daha sonra isə “Turan Tovuz”la oyunun hazırlığına başlayacağıq. “Turan Tovuz” çox güclü, möhkəm komandadır. Lakin çalışacağıq ki, uğurlu nəticə əldə edək”