Birinci Divizionda püşkatma mərasimi keçiriləcək
- 2022-08-09 23:30
- 419
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, mərasim 11 avqustda AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Birinci Divizionda yeni mövsüm 24 avqustda start götürəcək.