Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.

“Qarabağ” səfərdə qarşılaşdığı ÇSKA-ya (Sofiya, Bolqarıstan) penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Türkiyənin “Beşiktaş” komandası isə “Midtyulland” (Danimarka) ilə səfər oyunundan da qalib ayrılaraq növbəti raunda yüksəlib.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul

Makkabi (Təl-Əviv, İsrail) - Şerif (Tiraspol, Moldova) 1:0 (5:0)
Hradeç (Çexiya) - Tromse (Norveç) 3:1 (1:0)
Midtyulland (Danimarka) - Beşiktaş (Türkiyə) 0:2 (0:1)
Pafos (Kipr) - Hayduk (Split, Xorvatiya) 4:0 (0:2)
PAOK (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna) 2:0 (3:2)
ÇSKA (Sofiya, Bolqarıstan) - Qarabağ (Azərbaycan) 0:0, penaltilər 5:4 (0:0)
Anderlext (Belçika) - Hammarbü (İsveç) 3:1 (1:1)
Ferentsvaroş (Macarıstan) - Tvente (Niderland) 2:2 (2:1)
Benfika (Portuqaliya) - Senkt Qallen (İsveçrə) 5:0 (1:2)