Belçika əzmkar qələbə ilə 1/8 finala yüksəldi
- 02:53
- 38
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın növbəti oyunu Belçika və Seneqal yığmaları arasında keçirilib.
Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 3:2 hesablı qələbə qazanıblar.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtda daha bir qol vuran Belçika əzmkar qələbəyə sevinib.
Seneqalın heyətində Habib Diarra (24) və İsmaila Sarr (51) fərqləniblər. Belçika komandasında isə Romelu Lukaku (86) və Yuri Tilemans (89, 120+5-pen) adlarını tabloya yazdırıblar.