"Bayern" PSV klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi İsmael Saybarini heyətinə qatıb.


Rekord.az xəbər verir ki, Almaniya təmsilçisinin yaydığı məlumata görə, futbolçu ilə 2031-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb.


Saybari yeni klubunda 34 nömrəli formada çıxış edəcək. Almaniya klubu bu keçid üçün 50 milyon avrosundan keçib.


Yarımmüdafiəçi hazırda Mərakeş yığmasının heyətində DÇ-2026-da iştirak edir. O, turnirdə meydana çıxdığı 4 matçda 3 qol vurmağı bacarıb.