Başından xəsarət alan Aktürkoğlunun durumu açıqlandı
- 17:00
- 26
"Fənərbağça" Türkiyə Super Liqasının 2-ci turunda "Konyaspor"la oyunda xəsarət alan futbolçusu Kerem Aktürkoğlunun durumu haqda açıqlama yayıb.
Rekord.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, başından xasarət alan vinger xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib.
27 yaşlı futbolçunun durumunda ciddi problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah evə buraxılacaq.
Xatırladaq ki, Kerem Aktürkoğlu "Konyaspor"la oyunun 54-cü dəqiqəsində top uğrunda mübarizə zamanı başından xəsarət alıb və meydanı xərəklə tərk edib.