İspaniyanın “Barselona” klubunun iki zədəli futbolçusu komandaya qoşulub.

Rekord.az xəbər verir ki, katalonların qapıçısı Mark-Andre Ter Ştegen kollektiv məşqlərə qoşulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Avqustda dizindən əməliyyat olunan alman qapıçı qısa müddət əvvəl fərdi məşqlərə başlamışdı. Zədəsini tam sağaldan 28 yaşlı alman futbolçu komandaya qoşulub.

Bundan başqa, komandanın digər zədəlisi Samuel Umtiti də kollektivlə birlikdə məşqlərə start verib.