“Barselona”nın müdafiəçisi Nelson Semedonun İngiltərənin “Vulverhempton” klubuna keçidi rəsmiləşib. 

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə 3+2 illik müqavilə imzalanıb. Portuqal futbolçu yeni komandasında “22” nömrəli formanı geyinəcək.

Kataloniya klubu “canavarlar”ın Semedo üçün 30 milyon avro ödədiyini açıqlayıb. 

Qeyd edək ki, Nelson Semedo 2017-ci ildən "Barselona"nın uğurları üçün çalışırdı.