İspaniyanın “Barselona” klubu daha bir müdafiəçisinin xidmətindən məhrum olub.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Andres Kristensen də zədələnib.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş İtaliya “İnter”i ilə səfər oyununda (0:1) sıradan çıxıb. Sol topuq nahiyəsində burxulma qeydə alınan futbolçu bu matçın 58-ci dəqiqəsində Jerar Pike ilə əvəzlənmişdi. Klubun yaydığı məlumata görə, futbolçunun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, “Barselona”da Ronald Arauxo, Jül Kunde və Hektor Belyerin də zədə səbəbindən komandaya kömək edə bilmir.