"Barselona"da ciddi itki
- 17:00
- 38
İspaniyanın "Barselona" klubunun 22 yaşlı yarımmüdafiəçisi Qavi La Liqanın 2-ci turunda "Elçe" ilə matçda (5:0) zədələnib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci hissənin sonunda əvəzlənən futbolçuya sağ dizin əzilməsi diaqnozu qoyulub.
Onun dəqiq bərpa müddəti bəlli olmasa da, onun yaxın vaxtlarda məşqlərə qayıdacağı gözlənilir.
Qeyd edək ki, ispaniyalı futbolçu 2023-cü ildə ön çarpaz bağların qırılması səbəbindən ağır diz zədəsi almışdı.