Serbiyada baş tutacaq "Balkan Boxing 11" döyüşündə Azərbaycanı Rəhim Əliyev təmsil edəcək.

Rekord.az xəbər verir ki, döyüş avqustun 29-da Belqraddakı "Lojionitsa" mərkəzində baş tutacaq.

Yarım ağır çəki dərəcəsində gücünü sınayacaq azərbaycanlı idmançı serbiyalı boksçu Aleksandar Konovalova qarşı mübarizə aparacaq.

Xatırladaq ki, iki idmançı daha əvvəl 2021-ci ildə üz-üzə gəlib və həmin döyüşdə azərbaycanlı idmançı aldığı zədə səbəbindən məğlub olub.