“Bakıdakı oyunda qələbə qazanmalıyıq” – “Ayntraxt”ın futbolçusu
- 16:45
- 35
Almaniyaniyanın "Ayntraxt" komandası Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda qələbə qazanmalıdır.
Rekord.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin futbolçusu Robin Kox mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi Liqa mərhələsinin VII turunun matçı ilə bağlı fikirlərini bölüşüb:
"Bu qarşılaşmada meydana çıxıb qələbə qazanmalıyıq. Hazırda çətin bir dövrdən keçirik. Mövsümün ortasında baş məşqçi dəyişikliyi olsa da, irəli baxmalıyıq. Bəzən səfər oyunlarında səhv qərarlar veririk. Sabahkı görüşdə azarkeşlərimiz olmayacaq. Bu mənfi haldır. Onlar hər zaman bizi yaxşı dəstəkləyirlər".
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.