Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb
- 15:53
- 29
Bu ilin 21-28 avqust tarixlərində Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026 Women) biletləri satışa çıxarılıb. "Rekord.az" xəbər verir ki, EuroVolley 2026-nın biletlərini isə iticket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti 5-20 manat aralığındadır.
Bundan əvvəlsə Azərbaycan Voleybol Federasiyası azarkeşlərə bilet udmaq şansı yaradıb. Federasiya 5-7 iyun tarixlərində GİN-in Voleybol Mərkəzində baş tutmuş qadın voleybolçuların Avropa Liqasının oyunları zamanı müsabiqə keçirib. Müsabiqədə qitə
birinciliyinin (Bakıda C qrupunun oyunları keçiriləcək) açılış
mərasiminə və Azərbaycan - Portuqaliya oyununa ümumilikdə 12 bilet qazanılıb.
Qeyd edək ki, 19-21
iyun tarixlərində Bakıda GİN-in Voleybol Mərkəzində (Dərnəgül şosesi,
Əliyar Əliyev 108 ) keçiriləcək kişilər arasında Avropa Liqasının
oyunları zamanı da azarkeşlər üçün bilet udma imkanı yaradılacaq.