Bakıda bilyardın "sərbəst piramida" növü üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək.


Rekord.az Azərbaycan Bilyard Federasiyasına istinadən xəbər verir ki, turnirlər 2026-cı ilin iyulunda baş tutacaq.


Proqrama əsasən, 5–8 iyulda 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə "sərbəst piramida" üzrə Avropa çempionatı baş tutacaq.


Yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası (ABF) və Avropa Piramida Federasiyasının (EPF) dəstəyi ilə təşkil olunacaq.