FIVB Tibb Komissiyasının üzvü həmyerlimiz Vüsalə Kazımova 08-19 iyul tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək FIVB Voleybol Millətlər Liqasına (VNL) təyinat alıb. "Rekord.az" xəbər verir ki, həmyerlimiz qadın və kişi komandalarının oyunlarında FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.

Belqrad mərhələsində 8-12 iyul tarixlərində qadın, 15-19 iyul tarixlərində isə kişi milli komandaları mübarizə aparacaq.

Vüsalə Kazımova yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.