Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı ədalət təmsilçisinə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Liqasının oyunlarında iştirak edəcək.
E.Zülfüqarov 19-21 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək avroliqanın üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.
Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan, Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya yığmaları mübarizə aparacaqlar.