Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
- 13:20
- 33
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
Rekord.az xəbər verir ki, ölkə 20.687 əmsalla əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.
25-ci yerdəki İsrailin 21.500 əmsalı var.
UEFA reytinqində İngiltərə (101.852) liderdir.
"Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "KuPS"u (Finlandiya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmasından sonra Azərbaycanın UEFA reytinqinə 0.125 xal əlavə olunsa da, mövqeyinə təsir etməyib.