Azərbaycanda daha bir stadion bərbad durumdadır.

Rekord.az-a daxil olan məlumata görə, Kürdəmir stadionu hazırda baxımsız vəziyyətdədir və demək olar ki, istifadə olunmur.

1970-ci illərdə tikilərək istifadəyə verilən və 2000 tamaşaçı tutumuna malik stadionda sonuncu dəfə təmir işləri 2007-ci ildə aparılıb. Həmin vaxt qoyulan plastik oturacaqlar da tamamilə dağılıb, sınıb və yararsız hala düşüb. Nə baxan var, nə də maraqlanan.