Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda çıxış edib.

Rekord.az xəbər verir ki, o, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.

İdmançımız bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 4-5-də keçirilən yarışda 11 ölkədən 57 idmançı mübarizə aparıb.