“Kəpəz” Misli Premyer Liqasının 4-cü turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Rekord.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq oyun üçün artıq 10 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz” – “Şamaxı” oyununa saat 20:15-də start veriləcək.

Gəncə təmsilçisi bu arenada ötən həftə “Turan Tovuz”la qarşılaşmış və minimal hesablı qələbəyə sevinmişdi.