Zamiqin komandasından növbəti qələbə
- 16:30
- 26
Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında “Skenderbeu”nu qəbul edib.
Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 2:1.
Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran “Eqnatiya” turnir cədvəlində liderdir.