"Dinamo"nun ciddi zədə alan futbolçusunun son durumu - FOTO
- 18:00
- 16
"Difai" ilə oyunda ciddi zədə alan "Dinamo"nun futbolçusu Amil Nurəhmədovun son durumu məlum olub.
Rekord.az xəbər verir ki, üzünün sağ tərəfinə tikiş qoyulan futbolçu evə buraxılıb.
Onun qolunda və ayağında da zədə aşkarlanıb. Ümumilikdə səhhətində ciddi problem yoxdur. Lakin futbol oynamaq üçün 1 ay gözləməlidir.