"Sumqayıt" 5-ci turda "Şamaxı"nı "Mehdi Hüseynzadə" adına stadionda keçirə bilər.

Rekord.az xəbər verir ki, PFL-in rəsmi saytında matçın keçiriləcəyi məkan kimi "Socar Polymer Arena" göstərilsə də, bu məkanın dəyişdirilməsi mümkündür.

Hazırda Sumqayıtın əsas stadionunun qazonu yaxşı vəziyyətdədir. Yaxın günlərdə hava şəraitində dəyişiklik olmasa və qazonun vəziyyəti yaxşı olsa, "Sumqayıt" matçın "Mehdi Hüseynzadə"də keçirilməsi üçün PFL-ə müraciət etməyi düşünür.