Bu gün 3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçiriləcək yarışın qrup mərhələsində ilk olaraq Fransa ilə (12:45) qarşılaşacaq.

Komanda daha sonra müvafiq olaraq Niderland (14:50) və Almaniya (16:55) seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.