Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazanıb. "Rekord.az" xəbər verir ki,  Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub. Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibi 2:1 hesabı ilə məğlub ediblər.

Qızların yarışında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütü 12-ci yeri tutub.