Voleybol üzrə Avropa kuboklarının 2026/2027 illər mövsümü üçün püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Lüksemburqda təşkil olunan püşkatma nəticəsində Azərbaycanın Çempionlar Liqasında çıxış edəcək komandalarının da rəqibləri bəlli olub.

Ölkəmizi qadınların yarışında təmsil edəcək "Turan" klubu mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Xorvatiyanin "Mladost Zagreb" klubu olub. tovuz təmsilçisi bu raundu keçəcəyi təqdirdə üçüncü raundda "Ok Herceg Novi" (Monteneqro) və "Maritza Plovdiv" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Kişilərdən ibarət "Xilasedici" klubunun isə bəxti üzünə gülüb. Belə ki, komanda sayına görə bir klub ilk raundda oynamadan ikinci raunda yüksəlir. Püşkün nəticəsinə görə bu komanda Azərbaycan çempionu "Xilasedici" olub.

Qeyd edək ki, bu mərhələdə birinci raundun oyunlar 20-22 oktyabrda, cavab qarşılaşmaları isə 27-29 oktyabrda keçiriləcək. "Turan" ilk oyununu evdə keçirəcək.