Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar
- 26 Fev 2024 18:30
- 225
Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən Karate1 turnirində 3 medal qazanıblar.
Rekord.az xəbər verir ki, beynəlxalq yarışda yığma üzvlərindən ikisi qızıl, biri isə gümüş mükafata yiyələnib.
16-17 yaşlı gənc qızların liqasında Gülay Orucova (59 kq) birinci, oğlanlar arasında Fərid Hacızadə (55 kq) ikinci yeri tutub.
14-15 yaşlı yeniyetmələrin yarışında isə Nəsimi Musayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.