Azərbaycan idmançılarından DÇ-də 2 gümüş medal
- 23 Avq 2026 15:30
- 260
Azərbaycanın MMA idmançıları Alirza Həsənov (62 kq) və Kənan Qulizadə (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə uşaqlar və yeniyetmələr arasında keçirilən IMMAF dünya çempionatında medal qazanıblar.
Rekord.az xəbər verir ki, bu barədə Gənlər və İdman Nazirliyi məlumat yayıb.
İdmançılarımızın hər ikisi turnirin gümüş mükafatına sahib çıxıb.