Azərbaycan idmançıları üçün Belarus sınağı
- 23:30
- 21
Sentyabrın 10-dan 13-dək Belarusun Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.
Komanda.az xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər.
Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.
Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.