Azərbaycan idmançıları idman dırmanması üzrə AÇ-də!
- 16:40
- 31
İdman dırmanması üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.
Bu barədə Rekord.az-a Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.
Avqustun 28–30-da keçiriləcək yarışda ölkəni Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.
Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.