Türkiyədə futbol hakimliyi ilə bağlı qalmaqal yaşanır. "Rekord.az" xəbər verir ki, qardaş ölkənin ədalət təmsilçilərinin böyük hissəsinin bukmeker kontorlarında pul qoyuluşu etdikləri məlum olub. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu xüsusi mətbuat konfransı keçirərək məlumat verib. Hazırda bu məsələ ilə bağlı cinayət araşdırması aparılır.


Ciddi qərarlar qəbul olunarsa, Türkiyədə uzun müddət hakim qıtlığı yaşana və əcnəbi hakimlərin köməyinə ehtiyac yarana bilər. Maraqlıdır, bu halda Azərbaycan hakimlərinin Türkiyə Superliqasında fit çala bilərlərmi? Bunun üçün yetərli hakimimiz varmı ki, bizdə də qıtlıq olmasın, onlara da dəstək ola bilək?


Bu sualla AFFA-ya müraciət etdik. Qurumdan "Rekord.az"-ın sorğusuna cavab belə oldu: "Belə bir sorğu gəlsə, AFFA əlindən gələn köməyi göstərməyə hazırdır. Amma bununla bağlı bizə müraciət olunmayıb".