Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılı ilə idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı keçirilib. "Rekord.az" xəbər verir ki, festival Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.

Yarışda 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.

Kişilər arasında yarışın qalibi Azər Məhərrəmov (Azərbaycan Bodibildinq və Fitnes Federasiyası) olub. Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) ikinci, Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yeri tutublar.

Qadınların mübarizəsində Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova 1-ci yerə layiq görülüb. Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yerə sahibi olublar.

Qaliblərə Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə verilib.