“Aston Villa”nın qapıçısı Lovre Kaliniç karyerasını Xorvatiyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 30 yaşlı kiper "Hayduk”a keçib.

Bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcək.

Kaliniç bu mövsüm “Aston Villa” ilə Premyer Liqada heç bir oyuna çıxmayıb.

“Hayduk”un yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.