“Aston Villa” “Vest Hem”in sağ cinah müdafiəçisi Aaron Van-Bissaka ilə müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, konqolu futbolçu mövsümün sonuna qədər “Aston Villa”da icarə əsasında çıxış edəcək.

Müqavilədə müdafiəçinin mövsümün sonunda məcburi satın alınmasını nəzərdə tutan bənd də yer alıb.

Van-Bissaka 2025/26 mövsümündə Premyer Liqada “Vest Hem”in heyətində 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.