
“Araz-Naxçıvan”ın hazırlıq planı açıqlandı
- 27 May 2025 17:40
- 71
“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.
Rekord.az xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.
Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.