“Araz-Naxçıvan”dan inamlı qələbə
- 16:30
- 33
Bu gün futzal üzrə Yüksək Liqada 16-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, mərkəzi oyunda “Araz-Naxçıvan” “Baku Fire”dən güclü olub.
Fasiləyə qədər 4 cavabsız top vuran son çempion ikinci hissədə cəmi 1 dəfə fərqləndi. Elə rəqibi də fasilədən sonra qol vurmağı bacardı.
“Şuşa” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
“Lənkəran” komandası federasiyaya rəsmi müraciət edərək növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, əyalət təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi”nin aktivinə 3 xal yazılıb.
Lənkəran – Neftçi İK 0:5
Araz Naxçıvan - Baku Fire (4:0) 5:1
Şuşa – U-19 matçı baş tutmayıb