"Xan Çinar" Futbol Klubunun təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş futbol turniri artıq final mərhələsinə çatıb.

Rekord.az xəbər verir ki, final oyunu və bağlanış mərasimi 27 iyun 2026-cı il tarixində keçiriləcək.

Final qarşılaşmasında "Xan Çinar" FK ilə "Araz" FK üz-üzə gələcək. Oyun  saat 10:00-da  Abşeron Olimpia İdman Kompleksinin stadionunda baş tutacaq.