AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi müəyyənləşib.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərhələnin hər iki oyunu mayın 12-də, saat 18:00-da keçiriləcək.

“ASK Arena”da “Göyəzən” “Şimal”la, “ASCO Arena”da isə “Hypers” “Ümid”lə finala vəsiqə qazanmaq uğrunda üz-üzə gələcəklər.

Region Liqasının final matçı mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.