Yeni yaranmış "Polad 2024" klubu yeni mövsümdən Azərbaycan çempionatında təmsil olunacaq.

Rekord.az xəbər verir ki, qazi-komutan, I və II Qarabağ müharibəsinin iştirakçıs, müharibə veteranı Zahir Həsənovun rəhbərlik etdiyi klubun U-16 komandası AFFA-nın bayrağı altında keçirilən Azərbaycan çempionatında iştirak edəcək. 

Bununla bağlı AFFA-ya ünvanlanan məktubna müsbət cavab gəlib. "Polad 2024" ev oyunlarını "Socar Polimer Stadium"un ehtiyat meydançasında keçirəcək.