AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Gəncədə tikiləcək futbol akademiyası haqda da məsələ müzakirə olundu və yekun qərarda həlli vacib məsələ kimi təsdiqini tapdı. Amma müəmma ilə. Belə ki, Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiqlənib, amma... 

 

İşin əmması da burdadır. İş ondadır ki, tenderdə kimin qalib gəldiyi, işləri hansı şirkətin aparacağı açıqlanmayıb. Tenderin qalibi məlumdursa, ayrılacaq vəsait də həmçinin, hətta tikiləcək akademiyanın layihəsi də təqdim olunursa, o zaman qalib və işi icra edəcək şirkət niyə açıqlanmır? Onsuz da AFFA-nın tenderleri haqda az-çox hamımızın məlumatı var. Necə keçirdirlər, qalib kimər olur, necə olur, şərtləri necə olur, nə qədər vəsait ayrılır, nə qədər vəsait xərclənir və s. Yenə də bunu açıqlamaq lazımdır axı. Yoxsa Gəncə akademiyası da Tovuzdakı akademiya kimi olacaq? Yəni sənddə 4 milyonluq, görüntüdə 1 milyonluq iş olacaq?  Hər halda, bunu da görəcəyik. Amma yaxın zamanlarda işlərə başlayacaq icraçının adının gizli saxlanılması şəffaflıqla bir araya sığmır.

 

Anar XANLAROV