Addainin yeni klubu müəyyənləşdi
- 14:40
- 21
“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib.
Rekord.az xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi “Leuven” klubu 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb.
Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.