Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib.


Rekord.az xəbər verir ki, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.


45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar.


Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.


ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.